16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Daşnaklar və respublikaçılar parlamentə düşə bilmədilər
Tarix: 10-12-2018 09:46 | Bölmə: Siyasət
Daşnaklar və respublikaçılar parlamentə düşə bilmədilər

Ermənistanda dekabrın 9-da keçirilən nöbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Reyting.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, baş nazirNikol Paşinyanın “Mənim addımım” bloku 70,43 faiz səslə qalib gəlib.

İkinci sırada 8,27 faiz səslə lideri dəfələrlə Paşinyana dəstək verdiyini açıqlayan “Çiçəklənənən Ermənistan” partiyasıdır.

Paşinyanın daha bir müttəfiqi “İşıqlı Ermənistan” 6,37 faiz səslə üçüncü yeri tutur.

Qalan siyasi qüvvələr parlamentə düşmək üçün lazım olan baryeri keçə bilməyiblər.

Beləliklə, 5 illik müddətə seçilən yeni parlamentdə yalnız Nikol Paşinyan mübarizə yoldaşları və “məxməri inqilab” zamanı dəstək verən müttəfiqləri ilə təmsil olunacaq.

İnqilaba qədər hakim partiya hesab olunan Respublika Partiyası 4,7 faiz səs toplaya bilib. Bundan başqa, Daşnaksutyun Partiyası (3,89 faiz) da baryeri aşa bilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}