23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İrana qarşı alyans yaradırlar - Məqsəd
Tarix: 11-12-2018 19:38 | Bölmə: Siyasət
İrana qarşı alyans yaradırlar

Fars körfəzindəki ərəb ölkələri ABŞ-la “xarici aqressiyadan müdafiə üçün” dövlətlərin Yaxın Şərq Alyansının yaradılması ilə bağlı danışıqlar aparır.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bəyan edib.

Onun dediyinə görə, dövlətlər arasında yeni razılaşma “Yaxın Şərq strateji alyansı” adlanacaq və bura Misir və İordaniya da cəlb ediləcək.

“Məqsəd Yaxın Şərqdə təhlükəsizlik sahəsində razılaşmanın əldə edilməsidir. Bununla regionu xarici aqressiyadan müdafiə etmək və ABŞ-la region ölkələri arasında münasibətləri dərinləşdirmək olar”, - xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Ərəb ölkələrinin və ABŞ-ın regiondakı əsas rəqibinin İran olduğu bildirilir.

Səudiyyə Ərəbistanı hakimiyyəti noyabr ayında İranı birbaşa hərbi aqressiyada günahlandırıb. Bu, üsyançı husilərin guya İranın təmin etdiyi ballistik raketi Ər-Riyada buraxmasından sonra edilib. Tehran bütün ittihamları təkzib edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}