17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Keçmiş prezidentin qızı siyasətə qayıdır
Tarix: 12-12-2018 10:28 | Bölmə: Siyasət
Keçmiş prezidentin qızı siyasətə qayıdır

Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnaə Kərimova siyasətə qayıtmağı planlaşdırır.

Reyting.az bildirir ki, bu haqda İslam Kərimovun qğlu özünün Instagram səhifəsində yazıb.

Onun sözlərinə görə, Kərimova indiki dövlət başçısı Şavkat Mirzievin son illər respublikada həyata keçirdiyi islahatları bəyənir və onları dəstəkləməyə hazırdır.

“Bizim ölkənin yeni rəhbərliyinin təşəbbüsü ilə çox sayda layihə reallaşdırılır. Bu, Özbəkistanın daha yaxşı gələcəyi üçün möhkəm baza yaradacaq. Mənim anam ölkənin inkişafını dəstəkləmək naminə maliyyə və fiziki nöqteyi-nəzərdən əlindən gələni etməyi qərara alıb”, - Kərimov yazıb.

O qeyd edib ki, anasının bu qərarı Özbəkistanın yalnız xeyrinə olacaq.

2018-ci ilin oktyabr ayında ölkənin Baş Prokurorluğu xəbər verib ki, Kərimova məhkəmənin müvafiq qərarı ilə cəzasını çəkməkdə davam edir. Eyni zamanda “Azadlıq Radiosu”nun Özbəkistan redaksiyası xəbər yayıb ki, keçmiş prezidentin qızı ölkəni tərk edib və Dubaydadır.

2017-ci ilin iyul ayında Özbəkistanın Baş Prokurorluğunun saytında Gülnarə Kərimovanın 2015-ci ilin avqust ayında 5 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıldığı xəbəri yayılıb. Məhkəmə onu vergi ödəməkdən yayınmaqda, mənimsənədə, dələduzluqda və offşor şirkətlərin sənədlərinin məhv edilməsində günahkar hesab edib. Sonradan Kərtimovaya qarşı digər ittihamlar da irəli sürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}