Sərxoş deputat Bakının mərkəzində dava salıb
Tarix: 15-12-2018 01:07 | Bölmə: Siyasət
Sərxoş deputat Bakının mərkəzində dava salıb

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb. Bu barədə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev məlumat verib.

Reyting.az bildirir ki, jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözləri qarşısında, şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısı alınıb.

Sərxoş deputatı birtəhər maşına oturdaraq evə aparıblar.

Qeyd edək ki, bir neçə həftə öncə İspaniyada BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun sərxoş vəziyyətdə dava salması ilə bağlı qalmaqal yaşanmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}