Əflatun Amaşov: "Jurnalistika fakültələrində islahatlar aparılacaq”
Tarix: 19-12-2018 12:56 | Bölmə: Siyasət
Əflatun Amaşov: "Jurnalistika fakültələrində islahatlar aparılacaq”

“Çox təəssüf ki, Azərbaycanın ali məktəblərinin jurnalistika fakültələrində tədris humanitar istiqamət üzrə aparılır".

Reyting.az bildirir ki, bunu "Elmin populyarlaşdırılmasında KİV-in rolu" mövzusunda keçirilən “dəyirmi masa”da Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Onun fikrincə, Azərbaycanda elmin populyarlaşdırılması vacibdir: "Bir çox dövlətlərdə jurnalistika fakültəsində tədris humanitarla yanaşı, digər istiqamətlər üzrə də qurulur. Azərbaycanda elmi jurnalistika yoxdur. Ona görə də biz elmi populyarlaşdıra bilmirik. Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq. Biz artıq bu islahatların astanasındayıq. Xarici ölkələrdə elm xadimləri ölkəyə valyuta gətirirlər. Azərbaycanda bu istiqamətə, eləcə də dəqiq elmlərə diqqət artırılsa, nəticələr əldə olunar".

Əflatun Amaşov qeyd edib ki, qloballaşan dünyada elmə xüsusi önəm verilir: "Ona görə də biz elmi populyarlaşdırmalıyıq ki, insanlar bu istiqamətə yönəlsin. Redaksiyalarda elm sahəsi ilə məşğul olan işçilər də müəyyən edilməlidir. Biz cəmiyyətdə elmə maraq yaratmalıyıq. Hansı xalq ki, inkişafı elmdə görür, o xalq qlobal dünyada öz yerini tutacaq. Elmi populyar etməliyik ki, insanların şüuru bir istiqamətə yönəlsin. Əks istiqamət xurafatdır, cəhalətdir. Onu da görə-görə gəlmişik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}