Bayram Səfərov: “Bundan sonra da İctimai Birlik üçün çalışacam”
Tarix: 20-12-2018 16:08 | Bölmə: Siyasət
Bayram Səfərov: “Bundan sonra da İctimai Birlik üçün çalışacam”

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü vəzifəsində fəaliyyətimi davam etdirirəm”.

Reyting.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Birliyin (İcmasının) sabiq sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O bildirib ki, bundan sonrakı fəaliyyətində də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi üçün çalışacaq.

Xatırladaq ki, bu gün Birliyin II qurultayı keçirilib. Qurultayda Birliyin (İcmanın) yeni İdarə Heyəti təsdiqlənib. Qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər. İndiyədək Birliyin sədri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov olub.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}