17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Fransada 220 nəfər aksiyaçı saxlanılıb
Tarix: 23-12-2018 09:10 | Bölmə: Siyasət
Fransada 220 nəfər aksiyaçı saxlanılıb

Fransada "sarı jiletlilər"in dünən keçirdiyi sayca 6-cı etiraz aksiyasında saxlanılanların sayı 220 nəfərə çatıb.

Bu barədə "France Info" məlumat yayıb.

Bildirilir ki, saxlanılanlar arasında "sarı jiletlilər"in liderlərindən olan Erik Drue də var.

Aksiya zamanı ümumilikdə polis tərəfindən 220 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyasını dağıdıblar. Narazılara qarşı qazdan və su şırnaqlarından istifadə olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi etiraz aksiyalarına ölkə üzrə 38 min 600 nəfərin qoşulduğunu bildirib. Ötən şənbə isə aksiyaçıların sayı 66 min olub.

Etirazçılar Fransanın Belçika, İtaliya və İspaniya ilə sərhədlərinə toplaşaraq yolları bağlayıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}