07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ağ Ev: Tramp Ərdoğanla görüşə hazırdır
Tarix: 25-12-2018 07:03 | Bölmə: Siyasət
Ağ Ev: Tramp Ərdoğanla görüşə hazırdır

ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla görüşə hazırdır, ancaq hazırda konkret olaraq hər hansı tədbirin keçirilməsi planlaşdırılmır.

TASS xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə bildirib.

"Hərçənd biz indi konkret heç nə planlaşdırmırıq, prezident gələcəkdə mümkün görüşə açıqdır", - deyə o qeyd edib.

Daha əvvəl Ankarada keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla son telefon danışığı zamanı onu Türkiyəyə səfərə dəvət edib.

O, ABŞ prezidentinin 2019-cu ildə Türkiyəyə səfər edə biləcəyini də diqqətə çatdırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}