14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ölkədəki sahibkarlıq subyektləri ilə bağlı qərar verildi
Tarix: 25-12-2018 08:19 | Bölmə: Siyasət
Ölkədəki sahibkarlıq subyektləri ilə bağlı qərar verildi

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib.

Reyting.az
xəbər verir ki, Azərbaycanın Baş naziri Novruz Məmmədovun imzası ilə təsdiqlənən meyarlara görə, illik gəliri 200 min manata qədər olan və maksimum 10 işçiyə sahib olanlar mikro sahibkar, illik gəliri 200 min manatdan 3 milyon manata kimi və 11-50 işçiyə sahib olanlar kiçik sahibkar, illik gəliri 3 milyon manatdan 30 milyon manata kimi və 51-250 işçiyə sahib olanlar orta sahibkar, illik gəliri 30 milyondan çox və 250-dən çox işçiyə sahib olanlar isə iri sahibkar hesab olunacaq.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Vergilər Nazirliyinə tapşırılıb ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra, növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektləri işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

Dövlət Statistika Komitəsinə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}