Con Bolton Türkiyəyə rəsmi səfərə gəlir - Tarix
Tarix: 31-12-2018 13:45 | Bölmə: Siyasət
Con Bolton Türkiyəyə rəsmi səfərə gəlir

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton 2019-cu il yanvarın 8 və 9-da Türkiyəyə gələcək.

Bu barədə "CNN Turk" telekanalı məlumat yayıb.

Qeyd edək ki, dekabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirmişdir ki, C. Bolton Türkiyəyə Yeni ildən sonra səfər edəcək və Türkiyənin rəsmi şəxsləri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.

Öz növbəsində, dekabrın 28-də C. Bolton bəyan etmişdir ki, yanvarda Türkiyə və İsrailə səfəri zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin növbəti mərhələsini müzakirə edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}