16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prokuror Əli Kərimlinin müşavirinə 6 il cəza istədi
Tarix: 08-01-2019 15:17 | Bölmə: Siyasət
Prokuror Əli Kərimlinin müşavirinə 6 il cəza istədi

Yanvarın 8-də Suraxanı rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Reyting.az bildirir ki, prokuror prosesdə onun 6 ay 2 gün azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 10-na təyin edilib.

Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılan Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib.

O, həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin qərarına əsasən, Məmməd İbrahimin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən Məmməd İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}