BŞİH Müsavat Partiyasının mitinq keçirməsinə icazə vermədi
Tarix: 09-01-2019 17:43 | Bölmə: Siyasət
BŞİH Müsavat Partiyasının mitinq keçirməsinə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yanvarın 12-də keçirmək istədiyi mitinqə icazə verməyib.

Partiyadan Reyting.az-a verilən məlumata görə, BŞİH heç bir əsaslı səbəb göstərmədən siyasi məhbuslarla bağlı mitinqin keçirilməsini də məqsədəuyğun hesab etməyib:

"Müsavat Partiyası Mehman Hüseynovun və bütün siyasi məhbusların azadlığa buraxılması tələbi ilə Bakı şəhərində mitinq keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. Bakı Şəhər İcra Hakimiyyəti heç bir əsaslı səbəb göstərmədən bu mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib”.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyətinin bu qərarının "Sərbəst toplaşma azadlığı haqqında” qanunun tələblərinə zidd olduğunu bildirib.

Xatırladaq ki, Müsavat Partiyası yanvarın 6-da "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə yanvarın 12-də mitinq keçirmək barədə qərar qəbul etmişdi.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}