16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar
Tarix: 20-01-2019 12:22 | Bölmə: Siyasət
İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

İranın indiki hakimiyyəti şah Məhəmməd Rza Pəhləvini zəmanəmizin qəddar diktatorlardan biri kimi təsvir edir, bioqraflar isə onun romantik obrazını canlandırır. Bioqraflar iddia edir ki, o, üç dəfə evlənib, ömrü boyu yalnız uşaq dünyaya gətirə bilməyən ikinci həyat yoldaşını sevib. Bu dəlillərin təsdiqi yoxdur. Amma məlumdur ki, şahın keçmiş həyat yoldaşlarının saxlanılmasına on minlərlə dollar ayrılıb.

Krallığın genişlənməsi

İran şahı Məhəmməd Rza Pəhləvinin və şahzadə Sürəyyanın toyu dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Şənlik Mərmər sarayında və görünməmiş şadyanalıqla keçirilib.

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

Göyçək gəlin Christian Diorun dəbdəbəli paltarında fərqlənirdi. Tanınmış fransalı modelyer onu inciylə, brilyant və marabu lələkləri ilə bəzəmişdi. Çəkisi 20 kiloqram olan paltarın hazırlanması üçün 30 metrdən çox gümüşü rəngli parça lazım olub. Bu mənzərəni ağappaq su samurunun dərisindən hazırlanmış gödəkcə tamamlayıb.

Sarayı Niderlanddan olan nəbatatçılar bəzəmişdilər: bunun üçün İrana yarım tona yaxın şahın gələcək həyat yoldaşının sevdiyi çiçəklər - zanbaq, qərənfil və səhləb çiçəyi gətirilib.

Pəhləvi nişanlıları üçün bir çox dövlət liderləri bayram təbrikləri göndəriblər, hədiyyələr arasında həqiqətən gözəl əşyalar da olub. Məsələn, SSRİ-nin başçısı İosif Stalin su samurundan hazırlanmış qəşəng kürk və qara brilyantla naxışlanmış telefon göndərib, Britaniyanın kraliçası II Yelizaveta qədim gümüş şamdanlar, ABŞ prezidenti Harri Trumen çini serviz hədiyyə edib.

Mərasimdə iştirak edən qonaqlara gənclərə hədiyyə əvəzinə İranda yoxsullara yardım göstərən xeyriyyə təşkilatının hesabına pul köçürmək təklif edilib.

Bioqrafların sözlərinə görə, şah Pəhləvinin xanımından ötrü ürəyi gedirdi və onun istənilən şıltaqlığını yerinə yetirməyə hazır idi. Gənc ərlə arvad çox səyahət ediblər, SSRİ, Türkiyə, Hindistan, İspaniya, ABŞ və digər ölkələrə gediblər.

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

Sürəyya ərinin qayğısına qalır və xeyriyyəçiliklə məşğul olurdu. Hər şey yaxşı görünürdü, amma 7 il evli olmalarına baxmayaraq, cütlüyün övladının olmaması iranlıları günü-gündən daha çox narahat edirdi.

Varisinin olmaması, sanki şahı qorxutmurdu: o, hətta taxtın onun kiçik qardaşı Əli Rzaya nəsib oması üçün konstitusiyaya dəyişiklik edilməsini istəyirdi. Şiə ruhaniləri bunun əleyhinə çıxış edib. Bundan əlavə, Əli 1954-cü ildə ölüb, Məhəmməd yenidən taxt-tacının varisi məsələsi ilə məşğul olub.

Amerikanın ən yaxşı klinikalarında müalicə olunmasına baxmayaraq, Sürəyya hamilə qala bilmir. Tədbirli şah vəziyyətdən çıxış yolu düşünür, ikinci arvad almaq qərarına gəlir. Lakin həyat yoldaşı qəti əleyhinə olduğundan, boşanaraq Almaniyadakı valideynlərinin yanına gedir.

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

Şahidlər xatırlayırlar ki, onun dərc etdirdiyi məktub uzun illər İranın evdar qadınlarını ağlamağa məcbur edib. Məzmunu təxminən belə idi:

“Məhəmməd Rza Pəhləviyə kişi cinsindən birbaşa varisinin vacib olması səbəbindən, böyük təəssüf hissi ilə öz xoşbəxtliyimi bütün ölkənin rifahı naminə fəda edirəm. Beləliklə, mən bildirirəm ki, biz Əlahəzrət ilə ayrılırıq".

Yaxınlarının sözlərinə görə, Pəhləvi nikahlarının pozulmasından sonra keçmiş həyat yoldaşını tez-tez ziyarət edib, bahalı hədiyyələr və gül dəstələri verib. O, Sürəyyanın şahzadə titulunun, ona maneəsiz bütün dünyanı gəzməyə imkan verən diplomatik pasportunun, eləcə də onunla nikahda olduğu zaman verilən hədiyyələr və zinət əşyalarının saxlanılmasına təkid edib. Bundan savayı, o, keçmiş həyat yoldaşına 7 min dollar həcmində aliment də ödəyib ki, bu da o zaman üçün az məbləğ deyildi.

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

Sürəyyanın var-dövlətinin nə qədər olduğu dəqiqləşdirilmir, lakin məlum olan budur ki, ona məxsus daşınmaz mülkiyyət 40-50 milyon avro qiymətləndirilib. 2012-ci ildə Christie's hərrac evi onun bəzi zərgərlik əşyalarını satışa çıxarıb, brilyantlı bir üzüyü 100 milyon dollara satılıb.

Şahın mürəkkəb həyatı

İranın gələcək hökmdarı Məhəmməd Rza Pəhləvi uşaqlıqdan Qərb ənənələri ilə tanış olub: o, İsveçrədə oxuyub, Avropa həyat tərzini xoşlayırdı. Hətta Tehranda zabit məktəbindəki təhsilini Qərb tərzində keçirib. O, hakimiyyətə 22 yaşında gəlib, lakin parlamentin təsiri güclü olduğundan onun fəaliyyəti demək olar ki, hiss olunmayıb. Onun həyatının ən çətin dövrü Məhəmməd Müsəddiqin baş nazir olduğu zamana təsadüf edir. Çünki baş nazir şahın bacısını ölkədən çıxarıb, ona məxsus torpaqları müsadirə edib, büdcəni azaldıb, xarici diplomatlarla görüşməyi qadağan edib.

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

Yeri gəlmişkən, hökumət başçısının apardığı siyasət hərbçilərin xoşuna gəlmirdi. 1953-cü ilin avqust ayında tanklar Tehranın küçələrinə çıxır, Müsəddiq istefaya göndərilir, dikbaş parlament qovulur, şah isə öz ölkəsində mütləq hakimiyyəti alır.

Pəhləvini nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmağa cəhd edən ənənəvi diktator adlandırmaq düzgün olmazdı. Ancaq ölkə ərazisində gizli polis fəaliyyət göstərirdi. Onlar şübhəliləri saxlamaq, həbs etmək və sorğu-suala tutmaq kimi qeyri-məhdud səlahiyyətlərə malik idi. Vətəndaşların isə dövlət siyasətini tənqid etmək imkanları olmayıb. Hətta xaricdə təhsil alan iranlı tələbələr də izlənilirdilər.

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

Bu zaman şah İran cəmiyyətinin tam yenidən qurulması, ölkənin sənaye dövlətinə çevrilməsi fikrində olub. Neftin qiymətinin artması yerinə düşüb və ona geniş islahatlar aparmağa imkan verib. Qərbdə bunu “Şahın və xalqın ağ inqilabı” kimi qiymətləndiriblər. İranda təhsil sistemi yaxşılaşıb, yeni texnologiyalar tətbiq edilib, sənayeləşmə və torpaq islahatı aparılıb, yeni evlər, xəstəxanalar tikilib, minlərlə iranlı tələbə ABŞ və Avropada təhsil alıb. Həyat səviyyəsi şəhərlərdə xüsusilə artıb.

Dünyada yeni iqtisadi möcüzə haqqında danışmağa başlayıblar. Lakin zaman keçdikcə vəziyyət dəyişib. Baş verənlərdən solçu qüvvələr və radikallar razı qalmayıblar. İqtisadi buma görə məmurlar və şahın ailə üzvləri arasında korrupsiya artmağa başlayıb. Şah limfatik sistemin xərçəng xəstəliyindən əziyyət çəkməyə başlayandan sonra müalicə üçün xaricə gedir və Tehranda xalq üsyanı alovlanır. Ayətullah Homeyni hakimiyyətə gəlir. 1979-cu ilin aprel ayında İranda keçirilən referendumda vətəndaşların 98 faizi İranın islam respublikası adlandırılmasının lehinə səs verir. Şah qalan ömürünü ailəsi ilə sürgündə - Misir, Mərakeş, Meksika və Baham adalarında keçirib. Məhəmməd Rza Pəhləvi çevrilişdən bir il sonra ölüb.

İranın baş qəhrəmanı-məşuqu

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

Pəhləvi dünya tarixinə yalnız İranın sonuncu şahı kimi deyil, həm də əsl qəhrəman-məşuq kimi düşüb. İran liderinin müasirlərinin sözlərinə görə, onun coşqun şəxsi həyatı sevgi romanının əsasını təşkil edib. Məhəmməd Rza 3 dəfə evlənib, hər yeni həyat yoldaşı əvvəlkindən cavan olub.

Hələ o, zabit məktəbində qadın düşkünü sayılırdı. Onun dostları xatırladır ki, bəyəndiyi qızlara çox gözəl qulluq göstərir, xəsislik etməyərək komplimentlər söyləyir və bahalı hədiyyələr alırdı. 1937-ci ildə atası şah Rza Pəhləvi qərara gəlir ki, onun ailəsinə yüksək səviyyəli Misir kral ailəsi ilə qohumluq pis olmazdı. Nəticədə onun oğlu şahzadə Fövziyə Fuad ilə evlənir.

Göygöz qarabuğdayı qadın İsveçrədə təhsil alıb, Qərb dəbində geyinirdi və özünü dövrün tipik Avropa qızı kimi aparırdı.
Yeri gəlmişkən, cütlüyün ailə həyatı əvvəldən alınmayıb: ər-arvadın hər biri öz həyatını yaşayırdı. Altı il sonra onlar ayrılıblar. Şahın bu nikahdan Şahnaz adlı qızı doğulub.

Pəhləvi ikinci həyat yoldaşını həyatının böyük sevgisi adlandırırdı. Bioqraflar yazır ki, Məhəmməd Rza İranın Almaniya Fedrativ Respublikasındakı səfirinin qızı Sürəyya İsfəndiyari – Bəxtiyariyə ilk baxışda vurulub. Həmin gecə ona evlənmək təklif edib. Səxavətli şah sevgilisinə böyük brilyantla 22,37 karatlıq üzük hədiyyə edib. Lakin bir neçə il sonra uşaqları olmaması səbəbindən ayrılmalı olublar.

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını canlandırır, məşuqələrindən yazırlar

Üçüncü nikahda şahın varisliklə bağlı arzusu reallaşıb. İranın Parisdəki səfirliyində keçirilən qəbulda ona Memarlıq Universitetinin tələbəsi Fərəh Dibanı təqdim ediblər. Bir neçə ay sonra toy olub. Gəlin üçün paltarı İv Sen Loran hazırlayıb. Bir il sonra onların oğlu Rza Kir doğulub. Fərəh şaha ümumilikdə 4 uşaq: 2 oğul və 2 qız hədiyyə edib. 1967-ci ildə ona İranın imperatriçəsi kimi tac qoyublar və şahbanu titulu veriblər. Əri hakimiyyətdən devrilənə qədər Fərəh xeyriyyəçiliklə - İranda səhiyyənin inkişafı və qadın hüquqları uğrunda mübarizə ilə məşğul olub. Əri öləndən sonra Amerika hakimiyyətinin dəvəti ilə ABŞ-da məskunlaşıb və sonradan çox yaxşı satılan “Şahla mənim həyatım” adlı kitab nəşr etdirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}