Milli Məclisin İntizam komissiyasının yeni tərkibi açıqlanıb - Siyahı
Tarix: 25-01-2019 08:51 | Bölmə: Siyasət
Milli Məclisin İntizam komissiyasının yeni tərkibi açıqlanıb

Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub.

Komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.

Yeni tərkibin parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında təsdiq ediləcəyi gözlənilir.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.(Report)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}