14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İki deputatımız vitse-prezident seçilib - AŞPA-da
Tarix: 25-01-2019 22:20 | Bölmə: Siyasət
İki deputatımız vitse-prezident seçilib

Azərbaycan Milli Məclisinin iki deputatı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni vəzifəyə seçiliblər.

AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva sözügedən qrupun vitse-prezidentləri seçiliblər.

Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib.

Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}