Minsk qrupunun həmsədrləri Yerevandadır
Tarix: 20-02-2019 12:07 | Bölmə: Siyasət
Minsk qrupunun həmsədrləri Yerevandadır

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoffer (ABŞ) Yerevana gəliblər.

Reyting.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, həmsədrlərin baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşü planlaşdırılıb.

Onlar Yerevandan Bakıya yollanacaqlar.

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri bundan əvvəl açıqlamasında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Yerevana və Bakıya getmək niyyətindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}