ABŞ erməni nazirin Vaşinqtona səfərini ləğv edib
Tarix: 21-02-2019 12:53 | Bölmə: Siyasət
ABŞ erməni nazirin Vaşinqtona səfərini ləğv edib

ABŞ Ermənistanın xarici işlər nazirinin Vaşinqton səfərini ləğv edib.

Ermənistan KİV-ləri xəbər verir ki, qərar Ermənistanın Rusiyanın diktəsi ilə Suriyaya 83 nəfərlik hərbi kontingent göndərməsilə bağlıdır.

“Vaşinqton bizim XİN-in uzun müddət üzərində işlədiyi səfəri ləğv edib. Bu məsələdə Trampın köməkçisi Con Boltonla baş nazir Nikol Paşinyan arasında baş tutan telefon danışığı önəmli rol oynayıb. Bolton Suriyaya erməni kontingentinin göndərilməsinin qəti qərar olması barədə soruşub və Paşinyandan “hə” cavabı eşidib”, - deyə “Qrapark” qəzeti diplomatik mənbəyə istinadən xəbər verir.

Hazırda Ermənistan rəhbərliyi Ağ Evin narazılğını azaltmaq üçün səylər göstərir və diplomatik kanallar vasitəsilə Dövlət katibi Mayk Pompeonun Zoqrab Mnatsakanyanı Vaşinqtona dəvət etməsini gözləyir.

Xatırladaq ki, Ermənistan Suriyaya Rusiya kontingenti tərkibində 83 nəfərdən ibarət minaaxtaranlar qrupu göndərib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}