Xocalı yürüşündə 55 mindən çox insan iştirak edib - Fotolar
Tarix: 27-02-2019 10:01 | Bölmə: Siyasət
Xocalı yürüşündə 55 mindən çox insan iştirak edib

Bakı Şəhər İcra Hakimiyyəti fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı "Ana harayı" abidəsinə doğru ümumxalq yürüşü ilə bağlı məlumat yayıb.

Reyting.az-a verilən məlumatda bildirilir ki, 55 mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüarlar nümayiş etdirilib.

Məlumatda qeyd olunur ki, yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirir.

Xocalı yürüşündə 55 mindən çox insan iştirak edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}