Anjey Kaspşik yenidən Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə təyin olunub
Tarix: 28-02-2019 10:22 | Bölmə: Siyasət
Anjey Kaspşik yenidən Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə təyin olunub

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı bir il müddətinə uzadılıb.

Bu barədə "Report"a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

"Səfir Anjey Kaspşiki münaqişə üzrə şəxsi nümayəndəm təyin etdim, Minsk prosesinə inanırıq və uğur üçün lazım olan dəstəyi davam etdirəcəyik", - M. Layçak deyib.

Beləliklə, polşalı diplomat 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Qeyd edək ki, A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}