Eldar Əzizov: “Bayıl sürüşmə zonası ilə bağlı qərar veriləcək”
Tarix: 02-03-2019 11:29 | Bölmə: Siyasət
Eldar Əzizov: “Bayıl sürüşmə zonası ilə bağlı qərar veriləcək”

Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.

Bu barədə məlumat verən Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, həmin ərazidə əvvəllər də sürüşmə hadisəsi olub:

"Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə daş dövründə, yaşıllıq olmayan dövrdə də olub. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib.

Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış var idi”.

Eldar Əzizov diqqətə çatdırıb ki, hazırda sürüşmə zonasında yaşayanların yerləşdirilməsi məsələsi gündəlikdədir. “Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək.

Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib",- deyə E. Əzizov qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}