17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Partiya İranda və Qarabağda baş verənlərə etiraz edir - Bəyanat
Tarix: 02-03-2019 17:04 | Bölmə: Siyasət
Partiya İranda və Qarabağda baş verənlərə etiraz edir

Bu gün Böyük Quruluş Partiyasının (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

Reyting.az
-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, partiyanın Ali Məclisinin növbəti iclasının çağırılması və digər məsələlər müzakirə edilib.

İclasda partiya başqanının ictimai-siyasi vəziyyət haqqında məruzəsi dinlənilib. BQP Ali Məclisinin növbəti iclasının aprel ayında keçirilməsi haqqında qərar qəbul edilib.

İclas, fiziki şəxslərin problemli kreditlərinin həllinə dair imzalanan fərmanı siravi vətəndaşların problemlərinin yüngülləşdirilməsi, onların maliyyə yükünün azaldılması və geniş əhali kütləsinin əhatə etməsi baxımından əhəmiyyətli sosial, iqtisadi hadisə kimi dəyərləndirib.

Siyasi Qurulda, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri A. Venetsyanın işğal olunmuş Füzuli rayonundan verdiyi, "bir qarış da olsun torpağın” qaytarılmayacağı və Araz boyu ərazilərdə məskunlaşdırma aparılacağı haqda bəyanatına kəskin münasibət bildirilib: "Düşmən ölkə tərəfindən bu vaxtadək səsləndirilməyən və Ermənistanın Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etdiyinin rəsmi şəkildə etirafı olan erməni rəsmisinin bu bəyanatı Qarabağa dair sonrakı danışıqları ölkəmiz üçün tamamilə mənasız edir.

Partiya İranda və Qarabağda baş verənlərə etiraz edir
F. Mustafa

Ermənistan hakimiyyətinin rəhbərlərindən birinin Azərbaycanın ərazisindən - Füzuli rayonundan səsləndirdiyi təcavüzkar bəyanat heç cür cavabsız qoyulmamalı, aidiyyatı qurumlar bu bəyanatla bağlı təxirəsalınmaz və konkret diplomatik, siyasi və hərbi tədbirlərə əl atmalıdır. Xüsusilə, bununla bağlı ATƏT-in baş ofisi, Minsk Qrupunun katibliyi məlumatlandırılmalı, rəsmi İrəvanın danışıqlardan imtina etmək mənasını verən bu bəyanatdan sonra münaqişə ətrafındakı vəziyyətin inkişafındakı məsuliyyyətin tamamilə rəsmi İrəvanın üzərinə düşdüyü diqqətə çatdırılmalıdır. Azərbaycan Silahlı Qüvvələri də cəbhə xəttinə, xüsusilə, təmas xəttinin cənub istiqamətinə mümkün yaxınlıqda yerləşən ərazidə geniş miqyaslı hərbi təlimlərə başlamalı, işğal altındakı torpaqların bir qarışının da sahibsiz olmadığını düşmənə xatırlatmalıdır, münaqişə zonasında son aylarda riayət etdiyimiz sakitliyin isə danışıqlara mane olmamaq və sadəcə, müvəqqəti xarakter daşıdığı onlara başa salınmalıdır”.

İclasda Ermənistan baş naziri Nikol Paşinyanın Xocalı soyqırımı günü – 26 fevralda Tehrana səfər etməsi və həmin səfər zamanı baş verənlərlə bağlı BQP Siyasi Qurulunun bəyanatı da qəbul edilib.

Partiya İranda və Qarabağda baş verənlərə etiraz edir

Bəyanatda deyilir: "İran dövlətinin rəsmi şəxslərinin, nazirlərinin də iştirak etdiyi tədbirdə erməni icması salonun arxasında separatçı "Dağlıq Qarabağ Respublikası”nın bayrağının, qaldırdıqları şüarın üzərində isə "Qarabağ Ermənistanındır” yazısının asılması Azərbaycanın ərazi bütövlüyünə açıq şəkildə təhdid və hörmətsizlik kimi qiymətləndirilməlidir. Heç şübhəsiz ki, ermənilərin təxribatçı fəaliyyəti İran hakimiyyətinin razılığı əsasında reallaşa bilərdi. Bir neçə gün öncə qeyd olunan XX əsrin ən dəhşətli qətliamı - Xocalı soyqırımının 27-ci ildönümü dünyanın bir çox ölkələrində silsilə tədbirlər, aksiyalar, mitinqlər, yürüş və piketlər keçirilməklə anıldı. Ancaq rəsmi adında "İslam” sözünun də olduğu İranda bu faciənin qeyd edilməsinin bu vaxtadək şahidi ola bilmədik. Heç şübhəsiz ki, bunun əsas səbəbi İranın rəsmi qurumların qadağaları ilə bağlıdır. Xocalı soyqırımı ilə bağlı adi fotosərgiyə imkan verməyən "İslam” ölkəsinin hakim dairələri məmnuniyyətlə ermənilərin 24 apreldə qondarma soyqırımı yürüşü keçirmələrinə, həmin aksiyada Qarabağdakı separatçı rejimin "bayrağının” maneəsiz qaldırılmasına gen-bol şərait yaradır, əməldə Ermənistanı himayə edir, hətta Qarabağın işğalda qalmasında belə maraqlı görünürlər. İşğal olunmuş torpaqlarımıza müxtəlif yollarla yardımların göstərilməsi, Azərbaycanın razılığını almadan turistlərin Ermənistan vasitəsilə Qarabağa aparılması, turlar təşkil edilməsi İranın Azərbaycanın ərazi bütövlüyünə hansı səmimiyyətlə ”dəstək” verdiyindən xəbər verir.

Ermənistanın baş naziri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyünə təhdid və hörmətizlik nümayiş etdirməklə siyasi riyakarlığa yol verən İran rəsmilərinin açıqlıq gətirmələri tələb edilməli, prinsipial mövqeyimizi ortaya qoymalıyıq”.

Sonda cari məsələlər müzakirə edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}