Krım tatarları Türkiyədə Rusiya əleyhinə aksiya keçirdilər - Səbəb
Tarix: 03-03-2019 16:31 | Bölmə: Siyasət
Krım tatarları Türkiyədə Rusiya əleyhinə aksiya keçirdilər

Türkiyənin ən böyük şəhərlərindən olan İstanbulun qədim hissəsində - Bəyazit meydanında Krım tatarları Krımın Rusiya tərəfindən işğalının əleyhinə aksiya keçiriblər.

Reyting.az
Ukrayna mediasına istinadən xəbər verir ki, martın 3-də təşkil olunan aksiya yarımadanın ələ keçirilməsinin 5 illiyi ilə bağlıdır.

Aksiyanın yüzlərlə iştirakçısı əllərində “Putin - əlin Krımdan çək!”, “Rusiya - əlini Krımdan çək!”, “Kremlin banditləri – oğurladığınızı qaytarın!” şüarları tutublar.

Martın 2-də Türkiyənin paytaxtı Ankarada da Rusiyanın Krımı ilhaqının əleyhinə mitinq keçirilib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ilin oktyabr ayında ölkəsinin Rusiyanın Krımı ələ keçirməsini tanımadığını bəyan edib. O, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini də vurğulayıb.

Xatırladaq ki, Rusiya Krımı 2014-cü ilin mart ayında, nə Ukraynanın, nə də dünya ictimaiyyətinin tanımadığı “referendum”dan sonra ilhaq edib. “Krım referendumu”nu BMT də tannımayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}