Vahid Əhmədov "qoca gənclərlə" bağlı təklif verdi
Tarix: 05-03-2019 14:39 | Bölmə: Siyasət
Vahid Əhmədov "qoca gənclərlə" bağlı təklif verdi

Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 45 yaşı tamam olduğu andan xitam verilməlidir. Bununla əlaqədar müraciətlər çoxdur, sosial şəbəkələrdə də müzakirələr aparılıb.

Reyting.az-ın xəbərinə görə, bunu Milli Məclisin martın 5-də keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O, 35 yaşla bağlı məsələyə aydınlıq gətirilməsini də istəyib.

Milli Məclisin sədri Oqtay Əsədov cavab olaraq deyib ki, dünyanın hər yerində yaş həddi qoyulur: “Elə ölkələr var ki 28, elə ölkələr də var ki 35 yaş müəyyən edir”.

Qanuna nəzərdə tutulan dəyişikliklə gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilib.

Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.

Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.

Gənclər təşkilatına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}