16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gürcüstan prezidenti Yerevana gedib
Tarix: 13-03-2019 12:25 | Bölmə: Siyasət
Gürcüstan prezidenti Yerevana gedib

Gürcüstan prezidenti Salome Zurabişvili martın 13-də Ermənistanın dövlət başçısı Armen Sərkisyanın dəvəti ilə Yereavan ikigünlük rəsmi səfərə gedib.

Reyting.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sərkisyan və Zurabişvilinin təkbətək söhbətindən sonra iki ölkənin nümayəndələrinin geniş tərkibdə görüşü keçiriləcək.

Ermənistan və Gürcüstan prezidentləri mətbuat üçün bəyanatla çıxış edəcəklər.

Zurabişvili rəsmi səfərin gedişində Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin spikeri Ararat Mirzoyanla da görüşü nəzərdə tutulub.

Gürcüstan prezidenti bir müddət əvvəl Azərbaycana da rəsmi səfər edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}