11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Siyavuş Novruzov əlil tələbələrin təhsil haqqı ilə bağlı müraciət etdi
Tarix: 15-03-2019 13:44 | Bölmə: Siyasət
Siyavuş Novruzov əlil tələbələrin təhsil haqqı ilə bağlı müraciət etdi

Azərbaycanda aparılan islahatları gözü götürməyən, bu islahatların onların təzyiqi nəticəsində aparıldığını iddia edənlər var.

Reyting.az xəbər verir ki, bunu Milli Məclisin martın 15-də keçirilən iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Onun fikrincə, bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər: “Bu cəhdlər yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”.

Siyavuş Novruzov bir qrup əlil tələbənin təhsil haqqından azad edilməsi üçün müraciət etdiyini nəzərə çatdırıb: “Bu əlil tələbələrin sayı elə də çox deyil. Bu təhsil haqlarının bir hissəsini dövlət, bir hissəsini universitetlər, bir hissəsini də sahibkarlar öz üzərinə götürsə, yaxşı olar. O əlil tələbələr də təhsillərini davam etdirər”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}