14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Eldar Namazov: “Görüşlər bitəndən sonra Əli İnsanovun planları formalaşa bilər”
Tarix: 26-03-2019 14:57 | Bölmə: Siyasət
Eldar Namazov: “Görüşlər bitəndən sonra Əli İnsanovun planları formalaşa bilər”

Ölkə mətbuatı keçmiş səhiyyə naziri Əli İnsanovun təşkilatlanmağa başladığını yazır.

Prezidentin sabiq köməkçisi Eldar Namazovun da bu məsələdə Əli İnsanova siyasi dəstək verəcəyi bildirilir.

Qeyd edilir ki, E. Namazov İnsanova yaxınlığı ilə seçilən şəxs olub. Reyting.az-a daxil olan məlumatda qeyd edilir ki, vaxtilə E. Namazovun rəhbərliyi altında fəaliyyət göstərmiş "Yeni Siyasət” (YeS) blokundan deputatlığa namizədliyi irəli sürülmüş bir neçə tanınmış şəxslə də Əli İnsanov tərəfdarları arasında danışıqlar aparılır.

Məsələ ilə bağlı Eldar Namazov "Yeni Sabah"a bildirib ki, Əli İnsanov hazırda bir sıra görüşlər keçirir:

"Mən Əli İnsanov və həbsdə olan başqa tanınmış adamların, fəalların azadlığa çıxması üçün dəfələrlə müraciətlər etmişəm. Şadam ki, onların böyük bir qismi insan artıq azadlıqdadır”.

E. Namazov qeyd edib ki, ailələri Əli İnsanovu keçən əsrin 70-ci illərindən tanıyır: “Onunla uzun sürən şəxsi tanışlığımız var və münasibətlər məhz insani əlaqələr üzərində qurulub. Əli İnsanov 14 il cəmiyyətdən tədric olunduqdan sonra azadlığa çıxdı, mən də gözaydınlığı vermişəm, onunla görüşmüşəm də. Bildiyimə görə Əli müəllim bir müddət müxtəlif görüşlər keçirəcək. Həm uzun müddət görmədiyi ailə üzvləri, həm də ictimai-siyasi xadimlərlə. Onu görmək istəyənlər çoxdur, İnsanov da çoxları ilə görüşmək istəyir. Yəqin hansısa siyasi qərarların verilməsi prosesi xeyli müddət davam edəcək”.

E. Namazov deyib ki, Ə. İnsanovla bağlı mətbuat orqanları müxtəlif versiyalar irəli sürürlər:

"Fərqli insanların adları hallanır, partiyalardan, hərəkatlardan danışılır və.s. Bilmirəm bunu kimlərsə sifarişləmi edir, yoxsa bu, ənənə xarakteri daşıyır. Təəssüf ki, Azərbaycan mətbuatı güman edilən məsələləri fakt kimi qələmə verir. Ölkə daxilində və xaricində gedən prosesə aydınlıq gətiriləndən, görüşlər bitəndən sonra yəqin ki, Əli İnsanovun planları formalaşa bilər. Şəxsən mən güman etmirəm ki, İnsanovun partiya rəhbəri olmaq arzusu olsun. O, ağsaqqal adamdır, akademikdir. Onun partiya sədri işinə meyillənməsi ağlabatan deyil. Bu, mənim şəxsi qənaətimdir. Yəqin, Əli müəllim görüşlər keçirəndən sonra hansı qərarlara gələcəyini cəmiyyətə elan edəcək. Medianın marağı kifayət qədər böyük olsa da, bir az dözümlü olmaq lazımdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}