Bakıda növbəti etiraz aksiyası keçiriləcək - Qərar
Tarix: 26-03-2019 21:56 | Bölmə: Siyasət
Bakıda növbəti etiraz aksiyası keçiriləcək

Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyətinin iclası keçirilib.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, iclasda bir sıra vacib məsələlər, o cümlədən Qarabağ münaqişəsilə bağlı baş verən son hadisələr, Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən görüşü və mümkün nəticələri, Ermənistanın təxribatçı hərəkətləri, ABŞ prezidentinin “Colan təşəbbüsü” və digər məsələlər müzakirə olunaraq, uyğun qərarlar qəbul edilib.

İclasda Qarabağ mitinqinin keçirilməsi ilə bağlı da müzakirələr aparılıb. Aprel ayında mitinq keçirilməsinə dair qərar qəbul edilib.

QAT hesab edir ki, işğalçı Ermənistan rəhbərliyi son dövrdə özünü daha həyasız aparır, işğal olunmuş Azərbaycan ərazilərinə intensiv şəkildə qanunsuz səfərlər edir, Azərbaycana qarşı daha həyasız bəyanatlarla çıxış edir: “Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmayacaqlarını, guya bu ərazilərin tarixən onlara məxsus olması ilə bağlı ağlasığmayan iddialar irəli sürür, geniş miqyasda qanunsuz məskunlaşdırma həyata keçirir, Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Ermənistan təhlükəszlik şurasının iclasını keçirir, İrəvanda Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin də iştirakı ilə hərbi müşavirələr keçirir və sair işğalçı, ilhaqçı hərəkətlərini davam etdirir. Bütün bunların fonunda beynəlxalq təşkilatlar tam susqunluq nümayiş etdirirlər”.

QAT bir daha bəyan edirik ki, bu şəraitdə Azərbaycanın müharibədən başqa yolu qalmır. “Bu vəziyyət Azərbaycan cəmiyyətində qəzəb və narahatçılığı bir daha gücləndirir. Ermənistanın işğalçı və ilhaqçı hərəkətlərinə, beynəlxalq təşkilatların biganəliyinə qarşı Azərbaycan cəmiyyətinin etiraz səsinin, harayının, ictimai müqavimətin nümayiş etdirilməsinə ciddi ehtiyac vardır. Bunun üçün bir sıra etiraz aksiyalarının , o cümlədən Qarabağ mitinqinin keçirilməsi vacibdir. Ona görə də QAT Qarabağ mitinqinin keçirilməsi ilə bağlı yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək qərarına gəlib”,- deyə QAT-ın məlumatında bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}