Türkiyədə seçkilər: İki nəfər öldürülüb, onlarla yaralı var
Tarix: 31-03-2019 18:30 | Bölmə: Siyasət
Türkiyədə seçkilər: İki nəfər öldürülüb, onlarla yaralı var

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri zamanı bir neçə əyalətdə münaqişə nəticəsində iki nəfər öldürülüb, onlarla adam yaralanıb.

Reyting.az Anadolu agentliyinə istinadən bildirir ki, Malatya əyalətində namizədlərin tərəfdarları arasındakı münqaişədə iki nəfət öldürülüb.

Bundan əlavə, Diyarbəkr əyalətində analoji münaqişə nəticəsində ən azı 21 nəfər yaralanıb. Mardin əyalətində isə ən azı 9 nəfərin yaralandığı bildirilir.

Daha 12 nəfər Suriya ilə sərhəddəki Şanlıurfa əyalətindəki münaqişədə yüngül yaralanıb.

İki nəfər İstanbulun Kadıköy rayonunda namizədlərin qohumları arasındakı davada yaralanıb.

Martın 31-də Türkiyədə bələdiyyələrə seçkilər keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}