17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ukrayna Mərkəzi Seçki Komissiyası ikinci tur olacağını rəsmən elan etdi
Tarix: 01-04-2019 12:24 | Bölmə: Siyasət
Ukrayna Mərkəzi Seçki Komissiyası ikinci tur olacağını rəsmən elan etdi

Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkiləri ilə bağlı protokolları hesablayandan sonra rəsmən elan edib ki, namizədlərdən heç biri seçicilərin səs çoxluğunu qazana bilməyib.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, bu səbəbdən prezident seçkilərinin ikinci turu keçiriləcək.

Hazırda Mərkəzi Seçki Komissiyasında protokolların 64, 49 faizi hesablanıb.

Seçkinin birinci turunun qalibi Vladimir Zelenskidir. Ona seçicilərin 30,41 faizi səs verib.

İkinci sırada 16,31 faizlə indiki prezident Pyotr Poroşenkodur.

Onu 13,09 faiz səslə “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko izləyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}