14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Timoşenko ikinci tura çıxan namizədləri dəstəkləməyəcək
Tarix: 02-04-2019 21:13 | Bölmə: Siyasət
Timoşenko ikinci tura çıxan namizədləri dəstəkləməyəcək

Ukraynanın keçmiş baş naziri və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko indiki dövlət başçısı Pyotr Poroşenko və şuomen Vladimir Zelenskini prezident seçkilərinin ikinci turunda dəstəkləməkdən imtina edib.

“Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə ikinci tura keçən namizədlərin heç biri ölkənin qarşısında duran çağırışları qaldırmağa qadir deyillər”, - Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, Timoşenko söyləyib.

Onun sözlərinə görə,Zelenski və Poroşenko Ukraynanın cənub-şərqindəki hərbi münaqişəni dayandıra bilməzlər.

Timoşenkonun fikrincə, Poroşenko ikinci tura keçməməli idi: “O, ora əyri yolla çıxıb”.

Prezidentliyə namizəd birinci turun nəticələri ilə bağlı məhkəməyə şikayət etməyi planlaşdırmadığını da vurğulayıb.

Martın 31-də Ukraynada prezident seçkiləri keçirilib. Mərkəzi seçki Komissiyasının məlumatına görə, Zelenski 30, 23 faiz, Poroşenko 15,91, Timoşenko 13,39 faiz səs toplayıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}