Abdullayev ABŞ-ın yeni səfiri ilə görüşüb - Foto
Tarix: 10-04-2019 18:39 | Bölmə: Siyasət
Abdullayev ABŞ-ın yeni səfiri ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Örl Litzenberqerlə görüşüb.

Məlumata görə, SOCAR prezidenti səfiri yeni təyinatı münasibəti ilə təbrik edib, şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat verib.

Səfir Örl Litzenberqer Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. O, Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.

Abdullayev ABŞ-ın yeni səfiri ilə görüşüb

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}