Elmar Məmmədyarov: “Görüşdə səsləndirilən təklifləri açıqlamaq istəmirəm”
Tarix: 15-04-2019 18:47 | Bölmə: Siyasət
Elmar Məmmədyarov: “Görüşdə səsləndirilən təklifləri açıqlamaq istəmirəm”

Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 15-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı keçirilən görüşlə bağlı açıqlama verib.

Reyting.az ona-ya istinadən bildirir ki, onun fikrincə, görüş çox faydalı olub.

"İlk növbədə Sergey Lavrov, mən və Zohran Mnatasakanyan üçtərərfli görüş keçirdik. Çox faydalı görüş oldu. İndiyə qədə danışıqlarda irəliləyişin olmasına imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olduğunu deyə bilmərəm. Ancaq, ümumiyyətlə, deyə bilərəm ki, Ermənistan tərəfi və mən bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik”.

Elmar Məmmədyarovun sözlərinə görə, müzakirə 2016-cı ildə Rusiyanın təqdim etdiyi plan əsasında aparılıb: “Əlbəttə, bir görüşlə biz bütün məsələləri həll edə bilmərik. Bugünki görüşün faydası ondadır ki, biz dərindən başa düşdük ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır. Məsələn, statusla və təhlükəsizliklə bağlı Ermənistan tərəfi məsələ qaldırır. Biz isə ilk növbədə işğal altındakı torpaqlardan Ermənistan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırırıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq. Belə bir razılığa gəldik ki, bunu davam etdirək. Çünki mən öz tərəfimdən cənab prezidentə məlumat verməliyəm. Erməni həmkarım isə öz baş nazirinə məlumat verməlidir. Görüşdə bəzi təkliflər səsləndirilib. İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu təkliflər həm Rusiya, həm digər həmsədr ölkələr, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Elmar Məmmədyarov görüşün yekununda qəbul edilən bəyanatda qeyd olununan KİV nümayəndələrinin səfərlərinin təşkili məsələsinə də toxunub: "Erməni və azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa səfər etməsi maraqlı fikirdir. Belə bir razılığa gəldik ki, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyi təmin olunsun. İnanmaq istəyirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərin öz torpaqlarında işləməsinə imkan yaradacaqlar".

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}