14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Keçmiş müavinindən Arif Hacılıya ciddi ittiham - Foto
Tarix: 16-04-2019 17:16 | Bölmə: Siyasət
Keçmiş müavinindən Arif  Hacılıya ciddi ittiham

Müsavat Partiyasının Divan üzvü, keçmiş başqa müavini Yadigar Sadıqlı partiyanın başqanı Arif Hacılının ünvanına ciddi ittihamlar səsləndirib.

Reyting.az bildirir ki, Yadigar Sadıqlının özünün “Facebook”dakı səhifəsində yazdığına görə, Arif Hacılı söz verdiyi kimi mübarizəni müxalifət daxilindən çıxarıb, amma hakimiyyətə qarşı deyil, partiya daxilinə yönəldib.

Keçmiş müavinindən Arif  Hacılıya ciddi ittiham
Y/ Sadıqlı

“Müsavat Partiyası üzvlərinin sosial şəbəkədəki qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız” – Yadigar Sadıqlı yazıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}