Soydaşlarımız Gürcüstanda yüksək post uğrunda mübarizəyə başlayır
Tarix: 22-04-2019 23:02 | Bölmə: Siyasət
Soydaşlarımız Gürcüstanda yüksək post uğrunda mübarizəyə başlayır

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə seçkilərdə 15 namizəd iştirak edəcək.

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Namizədlərin 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Marneuli rayon icra başçısı postuna azərbaycanlı namizədlər “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat partiyasından Aqil Mustafayev, hakim “Gürcü Arzusu” partiyasından Zaur Darğallı və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur.

Rayon rəhbəri vəzifəsi uğrunda mübarizəyə “Xalq üçün dövlət hərəkatı”ndan Elene Qabinaşvili, “Xristian Demokrat Hərəkatı”ndan Beka Svanidze, “Azad Gürcüstan” partiyasından Nino Curxadze, “Sakartvelo” partiyasından Leyla Xaraişvili, “Azad Gürcüstan uğrunda hərəkat” partiyasından İrena Sturua, “Yeni Xristian Demokratlar” partiyasından Lisa Sixarulidze, “Yeni Gürcüstan siyasi platforması”ndan Niniko Çxetia, “Azadlıq – Zviad Qamsaxurdiya yolu” partiyasından Malxaz Qorqaslidze, “Gürcüstanın veteranlar və vətənpərvərlər siyasi hərəkatı”ndan Eliso Kartvelişvili, Milli Demokrat partiyasından Cano Jvania, “Xristian Mühafizəkarlar” partiyasından İlya Pataraya qatılacaq.

Qeyd edək ki, Marneuli rayon rəhbəri vəzifəsinə seçkilər mayın 19-da keçiriləcək.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}