Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edib
Tarix: 24-04-2019 20:04 | Bölmə: Siyasət
Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb.

Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.

Qeyd olunur ki, tərəflər T. Qremingerin 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya səfəri çərçivəsində görüşüb:

“Danışıqlar zamanı ATƏT-in Avro-Atlantika regionunda etimadın yüksəldilməsi və hərbi-siyasi vəziyyətin deeskalasiyası işində artan rolu vurğulanıb. Təşkilatın terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə potensialının artırılmasının vacibliyi təsdiq edilib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}