16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ-ın ölkəmizdəki səfirliyi bəyanat verib – Səbəb
Tarix: 19-10-2016 11:16 | Bölmə: Siyasət


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi bəyanat verib. Səfirliyin bəyanatında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan xalqına ünvanlanıb.

Təbrik bəyanatında daha sonra deyilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və o vaxtdan bəri iki ölkə arasında birgə qurulan səmimi dostluğu yüksək dəyərləndirir:

"Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə etmişdir və biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu və sabit gələcəklərini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə çalışmağa davam etməyə hazırıq”.

Bəyanatda qeyd edilir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq qalır:

"Əsrin dörddə biri qədər mövcüd olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}