07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Müsavat Partiyası ilə AXCP arasında siyasi məhbus qalmaqalı yaranıb
Tarix: 24-10-2016 15:41 | Bölmə: Siyasət


Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında yenidən qarşıdurma müşahidə edilir.

Reyting.az Teleqraf.com-a istinadla xəbər verir ki, uzun illər ərzində gah rəqib, gah da müttəfiq olan bu partiyalar son vaxtlar fürsət tapan kimi bir-birinə zərbə endirir. Hazırda yeni qarşıdurma Feysbuk-da açıq-aşkar özünü büruzə verir.

Sayt hələ ötən həftə qeyd etmişdi ki, AXCP-nin ətrafında olan hüquq müdafiəçiləri, vəkillər və QHT təmsilçiləri yeni məhbus siyahısı hazırlayıb. Bu siyahıda 94 nəfərin adı qeyd edilib. Lakin bu siyahı ortaya çıxdıqdan dərhal sonra Əli Kərimlinin tapşırığı ilə 166 nəfərlik daha bir siyahı hazırlanıb. Lakin əvvəlki siyahını hazırlayanlar bundan ciddi narahat olublar. Hazırda AXCP ətrafında toparlanan bu şəxslər arasında ciddi problem müşahidə edilir. Buna səbəb isə tərəflərin hər birinin öz siyahısını müdafiə etməsidir.

Bu arada Müsavat Partiyası AXCP ətrafında yaranan bu fürsətdən öz maraqları üçün istifadə etməyə çalışır. Bu məqsədlə də, Müsavat rəsmiləri AXCP sədrinin tapşırığı əsasında deyil, nisbətən Kərimlidən asılı olmayan şəxslərin hazırladığı siyahını müdafiə edirlər.

Məsələn, Müsavat başqanının müavini Səxavət Soltan xüsusi bir məqalə yazaraq həbs edilən dindarların bu siyahıya salınmasına etiraz edib, bunun strateji səhv olduğunu bildirib. O, hətta dindarların adının siyahıya salınmasını "savadsızlıq" adlandırıb.

Qeyd edək ki, 94 nəfərlik siyahını hazırlayan şəxslər dindarların adını bura daxil etməyib. Ancaq AXCP sədrinin təşəbbüsü ilə hazırlanan siyahıya dindarların və digər şəxslərin adı da salınıb.

Müsavatın bu məqamdan istifadə etmək cəhdləri isə AXCP-dən kəskin reaksiya ilə qarşılanıb.

AXCP-nin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Natiq Ədilov müsavatçı Səxavət Soltanı və başqan Arif Hacılını kəskin tənqid edib.

AXCP nümayəndəsi, Arif Hacılının ötən həftə polisə dəvət edilməsi və sonradan verdiyi açıqlamalarla Səxavət Soltanın yazdığı yazı arasında əlaqə axtarmağa çalışıb və burada qarşılıqlı anlaşma haqda iddialarla çıxış edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}