Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmaq istəyirlər - Toğrul İsmayıl
Tarix: 26-10-2016 15:46 | Bölmə: Siyasət


"Bu gün görünən odur ki, Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmağa çalışırlar”.

Reyting.az xəbər verir ki, bunu Sputnik-ə politoloq Toğrul İsmayıl deyib. T.İsmayılın sözlərinə görə, məzhəb qarşıdurmasında sanki Türkiyəni sünnilərin haqlarının müdafiəçisi kimi göstərmək istəyirlər. Guya rəsmi Ankara, öz maraqlarını oradakı sünnilər vasitəsilə qorumaq istəyirmiş kimi bir görüntü var.

"Hadisələri diqqətlə izləyən hər kəs açıq-aydın görə bilər ki, regionda məzhəbçi siyasət izləməyən ölkələrin başında, məhz Türkiyə durur. Fərqli etnikdən, məzhəbdən, ideologiyadan olan müharibə qaçqınları, diqqət edirsinizsə, Türkiyəyə sığınır, İrana yox. İşin əsli başqadır. Qarşı tərəf orada şiəlik üzərindən oyun oynadığı və Türkiyə tərəfsiz yanaşmağa çalışdığı üçün, sanki Ankara sünni cəbhəsini müdafiə edirmiş kimi görünür. Əslində Türkiyə Mosulda tarazlığın pozulmasının əleyhinədir. Çünki bu tarazlıq pozularsa, həqiqi mənada məzhəb qarşıdurması başlaya bilər”,-deyən politoloqun fikrincə, orada yaşayan türkmənlər həm şiə, həm də sünnilərdən ibarətdir"Türkiyə, sadəcə sünni türkmənlər üçün çalışmır axı. Eyni zamanda şiə türkmənlərin vəziyyəti də Ankaranın maraq dairəsindədir”.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}