Əli Həsənov: “Bu, İlham Əliyevlə Vladimir Putinin diqqət mərkəzindədir”
Tarix: 01-11-2016 11:51 | Bölmə: Siyasət / Xəbərlər


"VII Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasındakı münasibətlərdə mühüm meydançadır”.

Reyting.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, bu forum artıq 7-ci ildir keçirilir – bir il Rusiyada, bir il Azərbaycanda: "Hər il bu foruma hər iki tərəfdən 500-ə qədər insan qatılır. Builki foruma da Rusiyanın fərqli subyektlərinin, o cümlədən mərkəzi hakimiyyət və nazirliklərin nümayəndələri qatılıblar".

Prezidentin köməkçisi bildirib ki, forumda bütün sahələr üzrə iki ölkə arasında münasibətlərin geniş spektri - iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, ticarət, humanitar əlaqələr, gənclər arasındakı münasibətlər, iki ölkənin QHT-ləri və mediası arasındakı münasibətlər müzakirə olunacaq: "Bütün sahələr üzrə bir ildə görülmüş işlərə, o cümlədən ötən forumdan sonra qəbul olunmuş qərarların icrası ilə bağlı görülmüş işlərə dair hesabatyönlü çıxışlar olacaq".

Ə.Həsənov əlavə edib ki, forumda, həmçinin qarşıdan gələn il üçün regionlararası əlaqələrin genişləndirilməsi sahəsində təkliflər müzakirə olunacaq: "Düşünürük ki, beynəlxalq münasibətlərin, regional münasibətlərin bügünkü vəziyyətində Rusiya ilə Azərbaycan arasındakı bu forum çox aktualdır və hər iki ölkənin xalqlarının maraqlarına cavab verir".

O qeyd edib ki, Rusiya və Azərbaycan arasındakı əlaqələr getdikcə genişlənir, bu əlaqələr hər iki ölkənin dövlət başçıları - Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin diqqət mərkəzindədir. Çünki həm iqtisadi, həm siyasi, həm sosial, həm mədəni, həm də cəmiyyətlər arasında münasibətlər kifayət qədər intensivdir və bu intensivliyi nizamlamaq üçün belə forumlara ehtiyac var.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}