ALDP sədri Ceyms Holder ilə görüşüb - Səbəb
Tarix: 01-11-2016 13:38 | Bölmə: Siyasət


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Böyük Britaniyanın Azərbaycandakı səfirin siyasi məsələlər üzrə katibi Ceyms Holder ilə görüşüb.

Partiyadan Reyting.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda keçirilən referendumdan sonra ictimai-siyasi vəziyyət, müxalifət nümayəndələrinə təzyiqlər, sentyabr ayında keçirilən mitinqlər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

"Əsas məqsədimiz Azərbaycandan beyin axının qarşısını almaq, gəncləri maarifləndirmək və onların hüquqlarını öyrətməkdir”,– ALDP sədri gənclərlə bağlı sualı cavablandırıb.

Fuad Əliyev Azərbaycanda demokratik düşərgəyə dəstəyinə görə Böyük Britaniya səfirliyinə öz minnətdarlığını da bildirib.

Ceyms Holder öz növbəsində bu səmərəli görüşlərin davamlı olacağına ümid etdiyini deyib.

Görüşdə ALDP Gənclər Təşkilatının sədri Murad Əliyev də iştrak edib.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}