07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Fazil Mustafa: “Türkiyənin ərazi bütövlüyünü təhdid edirlər”
Tarix: 04-11-2016 11:48 | Bölmə: Siyasət


Ötən gecə Türkiyədə millət vəkillərinə qarşı əməliyyat keçirilib.

HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 deputat həbs olunub. Onlara qarşı "terror təşkilatı PKK-nın təbliğatını aparmaq”, "cinayəti və cinayətkarı tərifləmək”, "xalqı kin və düşmənçiliyə təhrik”, "silahlı terror təşkilatına üzv olmaq” və "dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs” maddələri ilə ittihamlar irəli sürülüb.

Reyting.az xəbər verir ki, "Qafqazinfo” HDP-li millət vəkillərinin həbsinə millət vəkili Fazil Mustafadan və siyasi şərhçi Elxan Şahinoğludan münasibət öyrənib.

Millət vəkili Fazil Mustafa bildirib ki, gərək onların hamısını həbs edərdilər: "Niyə az sayda həbs ediblər? Onlar əməlli-başlı terrorçularla bağlı olan bir partiyadır. Dövlət onlara şans vermişdi ki, siyasətlə, sivil yollarla müəyyən məsələlərin həllinə çalışsınlar. Ancaq biri gedir terrorçunun dəfnində iştirak edir, biri terrorçu ilə şəkil çəkdirir. Aşkar şəkildə Türkiyə dövlətinin ərazi bütövlüyünü təhdid edirlər.

Belə vəziyyətdə də dövlət müəyyən addımlar atmalı idi. Hesab edirəm ki, Ərdoğanın PKK-ya qarşı olan sərt siyasəti tamamilə yerindədir. Terrorun kökünü qazımaq üçün birinci növbədə onun siyasi qanadını məhv etmək lazımdır. Çünki şansdan doğru istifadə etmədilər. PKK HDP formasında niyə görə Məclisdə idi? Silahı buraxıb Məclis çatısı altında siyasət həyata keçirmək üçün. Bunlar həm problemlərini qaldırır, həm də türk əsgərinə atəş açıb öldürürlər. Hökumət nə cavab verməli idi? Bu istiqamətdə daha sərt işlər görülməlidir. Onsuz da Avropa Birliyi Türkiyənin atdığı addımları müəyyən dərəcədə qaralayır. Qaralayırsa, qaralasın, indi ona görə Türkiyə öz ərazi bütövlüyünü qurban verməyəcək ki?”


Siyasi şərhçi Elxan Şahinoğlu isə qeyd edib ki, məhkəmədə onlarla bağlı müəyyən işlər var idi, sorğu-suallar davam edirdi: "HDP-çilər istintaqa getmir və suallara cavab vermək istəmirdilər. Ən önəmlisi isə HDP PKK ilə arasında məsafə qoymurdu.

PKK terrorçu bir təşkilatdır. Ordu, polisdən əlavə, mülki insanları da qətlə yetirir. HDP PKK-nı terrorçu təşkilat adlandırıb həyata keçirdiyi əməliyyatları pisləməkdənsə, onları öz haqları uğrunda mübarizə aparan insanlar kimi dəyərləndirir. Belə bir şəraitdə mütləq halda indiki ağır vəziyyətdə Türkiyə hökuməti tədbirlər görməli idi. Türkiyə hər tərəfdən təhlükələrlə üz-üzədir. PKK, onun iki qanadı olan PYD və YPG, həmçinin İŞİD-lə mübarizədədir. Türkiyə özü İraq və Suriyada iki əməliyyatda iştirak edib. Belə bir məqamda 5-ci kolonun Türkiyəyə arxadan vurduğu zərbə çox təhlükəlidir. Ona görə də 5-ci kolonu zərərsizləşdirmək məqsədilə belə bir addım atılıb.

Bu, radikal kürdlər arasında narazılıq yaradacaq. Ancaq bu, eyni zamanda Türkiyə hökuməti tərəfindən PKK-ya dəstək verənlərə mesajdır. Kim terrorçuya dəstək verəcəksə, onun yeri həbsxanadır. Həbs olsa da, olmasa da Türkiyədə terror var. Türkiyə ordusu PKK ilə mübarizədə şəhid verərkən Ankarada oturan bəzi millət vəkilləri PKK-ya dəstəyi davam etdirirdilər” .

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}