16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Donald Tramp: “Hillari Klinton qələbə münasibətilə məni təbrik etdi”
Tarix: 09-11-2016 12:56 | Bölmə: Siyasət

Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.

CNN-in məlumatına görə, Respublikaçılar Partiyasının namizədini 285 nümayəndə dəstəkləyib.

Son məlumatlara görə, Trampın rəqibi Hillari Klinton isə 215 nümayəndənin səsini qazanıb.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın yeni prezidenti Donald Tramp seçkinin nəticələrinin elan olunmasından sonrakı çıxışında bütün amerikalıların prezidenti olacağını deyib.

O, Demokratlar Partiyasının namizədi Hillari Klintonun ona zəng edərək qələbə münasibətilə təbrik etdiyini də bildirib.

Qələbəsində payı olan hər kəsə minnətdarlığını çatdıran D.Tramp birlikdə çalışaraq ABŞ-ı yenidən quracaqlarını vurğulayıb: "ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, düşmənçilik, müharibə deyil, dostluq axtaracaq, bizimlə yaxşı münasibətlər qurmaq istəyən ölkələrlə biz də yaxşı münasibətlər quracağıq".

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}