16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putin ABŞ-ın yeni prezidentini təbrik edib
Tarix: 09-11-2016 13:04 | Bölmə: Siyasət


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq müxtəlif ölkələrin liderlərindən təbrikləri qəbul etməyə başlayıb.

RİA "Novosti" agentliyinin məlumatına görə, onu ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin olub.

Qələbə münasibətilə D.Trampa təbriklərini çatdıran Rusiya prezidenti iki ölkənin münasibətlərində yaranmış böhranın aradan qaldırılması, habelə beynəlxalq gündəmin aktual məsələlərinin həlli və qlobal təhlükəsizliyinin çağırışlarına effektiv cavab axtarışı istiqamətində birgə işləyəcəklərinə ümidvar olduğunu bildirib.

"Əminəm ki, Moskva və Vaşinqton arasında bərabərhüquqluluq, qarşılıqlı hörmət, biri-birinin mövqeyinin nəzərə alınması prinsipləri əsasında konstruktiv dialoqun qurulması ölkələrimizin xalqlarının və dünya ictimaiyyətinin maraqlarına xidmət edir", - deyə Rusiya lideri qeyd edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}