“Trampın komandasında Cənubi Qafqazla bağlı kifayət qədər məlumatlı ekspertlər var" – Səfir
Tarix: 09-11-2016 14:19 | Bölmə: Siyasət


"Bu seçkilərdə dinc yolla hakimiyyətin ötürülməsinin şahidi olduq".

Reyting.az APA-ya istinadla bildirir ki, bunu ölkəsindəki seçkinin nəticələrinə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Robert Sekuta bildirib ki, Hillari Klinton rəqibi Donald Trampı qələbə münasibətilə təbrik edib.

Diplomat demokratların prezidentliyə namizədi Hillari Klintondan fərqli olaraq, yeni prezident Donald Trampın Cənubi Qafqaz regionu barədə az məlumata malik olması barədə fikirlərlə razılaşmayıb: "Donald Trampın komandasında da Cənubi Qafqazla bağlı kifayət qədər məlumatı olan ekspertlər var".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}