14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Elmar Məmmədyarov: “Bəyanatlar sülh prosesində mənfi rol oynayır”
Tarix: 01-12-2016 13:39 | Bölmə: Siyasət

"Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir".

Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, bu bəyanatları izlədiklərini deyib:

"Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır. Danışıqların hansı istiqamətdə aparılması sirr deyilir.

Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Qarabağa qaytarılmalıdır. Onlar da oranın sakinləridirlər".(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}