Əli Əliyev gənclərlə görüş keçirib - Tədbir
Tarix: 24-12-2016 18:36 | Bölmə: Siyasət


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin gənclərlə geniş görüşü keçirilib.

Tədbirdə çıxış edən Ə.Əliyev Azərbaycanda və ölkənin yerləşdiyi regionda cərəyan edən müxtəlif istiqamətli vacib prosesləri dəyərləndirib.

VİP sədri mövcud hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində ölkənin sosial-iqtisadi və maliyyə durumunun təhlükəli böhran həddinə çatdığını, əhalinin vəziyyətinin xeyli ağırlaşdığını diqqətə çatdırıb.

Ə.Əliyev hakimiyyətin qeyd olunan istiqamətlərdə effektli sabitləşdirici addımlar atmayacağı təqdirdə, vəziyyətin daha da acınacaqlı olacağını vurğulayıb. VİP sədri yaranmış şəraitin ölkə müxalifətinin də toparlanıb ayağa qalxaraq, hakimiyyəti zəruri islahatlara sövq etmək zərurətini xeyli artırdığını bildirib.

Ə.Əliyev geniş çıxışından sonra görüş içtirakçılarının çoxsaylı suallarını cavablandırıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}