ADR: “Hakimiyyət ölkəni uçuruma sürükləyir” - Qətnamə
Tarix: 26-12-2016 13:40 | Bölmə: Siyasət

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Ali Məclisinin 5-ci sessiyası qətnamə qəbul edib.

Qətnamədə deyilir ki, Azərbaycan bu gün hakimiyyət sahiblərinin və təbliğatçılarının iddialarının əksinə olaraq özünün ən ağır zamanlarını yaşayır:

"Ölkəmizi çülğalamış ictimai-siyasi, sosial-iqtisadi böhran günü-gündən dərinləşməkdədir. Ölkə iqtisadiyyatının taleyini neft gəlirlərindən asılı vəziyyətə salmış hakimiyyət neftin ucuzlaşması, manatın günbəgün dəyərsizləşməsi fonunda bacarıqsızlıq və siyasi korafəhmlilik göstərərək ölkəni daha da uçuruma sürükləyir.

Hakimiyyət təxirəsalınmaz, köklü siyasi-iqtisadi islahatlar keçirmək barədə cəmiyyətin çağırış və tələblərinə qulaq asmaq, xalqın getdikcə pisləşən gündəlik həyat səviyyəsinin yüksəldilməsi, aztəminatlı ailələrin rifahının və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər görmək əvəzinə reallıqda heç bir fayda verməyən sərəncamlar imzalamaq, həyata keçirilməsi müşkülə çevrilən proqramlar tərtib etməklə guya islahat apardığı barədə cəmiyyətdə yalançı təsəvvürlər oyatmağa çalışır. Qarşılaşdığı büdcəproblemlərini kommunal xidmətlərin qiymətini qaldırmaq, vergi yükünü artırmaq hesabına həll etmək istəyir. Apardığı siyasi-iqtisadi siyasətin uğursuzluğunu ört-basdır etmək üçün vətəndaşların demokratik hüquqlarının məhdudlaşdırılması, söz azadlığı vəinsan haqlarının tapdanması, müxalif düşüncəli insanlara qarşı təzyiq və təqibin artması hakimiyyətin idarəetmə prinsipinə çevrilib”.

Qətnamədə qeyd edilir ki, ölkənin iqtisadi həyatının təmin olunmasında ən çox zəhmət çəkən insanların iş yerlərində təhlükəsizliyinin təmin edilməməsini pərdələmək üçün səbəbləri təbiətin şıltaqlığında, xarici qüvvələrin təxribatında axtarmaq hakimiyyətin vətəndaşlarına qarşı ən böyük hörmətsizliyi və etinasızlığıdır: "Vəzifəli şəxslərin məsuliyyətsizliyi nəticəsində 4 dekabr 2015- ci İl tarixdə Günəşli yatağında xeyli sayda insan tələfatına səbəb olmuş faciədən bir il keçmiş oxşar hadisənin Nərimanov adına platformada baş verməsi, 10 gün bundan əvvəl 10 neftçinin itkin düşməsi ölkədəki məmur özbaşınalığı və cəzasızlığının daha bir sübutudur.

Bütün bunlar irimiqyaslı korrupsiya cinayətlərinin fonunda baş verir. Hakimiyyət isəkorrupsiya iləmübarizəaparıb büdcətalançılığına vəisrafçılığına son qoymaq əvəzinə problemlərin yükünü vətəndaşların çiyninə yükləməklə onların Azərbaycanın milli dövlətinə, firavan gələcəyə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına ümidlərini puç edir”.

Qətnamədə xüsusi qeyd edilir ki, hakimiyyətin yürütdüyü siyasət ictimai-siyasi mövqe vəbaxışlarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının maraqlarına ziddir. Azərbaycan Demokratiya və Rifah Hərəkatının Ali Məclisinin 5-ci sesiyası ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti müzakirə edərək hakimiyyəti bir daha iqtisadiyyatı böhrandan çıxarmaq, hər bir vətəndaşın ləyaqətli yaşayışının təmin olunmasına, Qarabağ probleminin həllinə və ərazi bütövlüyümüzün təmin edilməsinə, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artmasına zəmin yaratmaq üçün aşağıdakı istiqamətlərdə təxirəsalınmaz tədbirlər görməsini tələb edir:

1. Hakimiyyət ölkədəki mövcud nisbi sabitliyi təhdid edəcək addımlardan əl çəksin;

2. Cəmiyyətin köklü və təxirəsalınmaz islahatlar həyata keçirmək barədə tələblərinə ciddi şəkildə reaksiya versin;

3. Milli təhlükəsizlik və Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin inkişafına, xüsusilə də xarici ölkələrdə səfirliklər və nümayəndəliklərin coğrafiyasının genişləndirilməsi vasitəsilə Azərbaycanın milli və strateji maraqlarının qorunmasına vətəbliğinə diqqəti artırsın;

4. Siyasi-iqtisadi islahatların effektiv şəkildə gerçəkləşməsi üçün əlverişli demokratik şərait yaradılsın, korrupsiya və monopoliyaya gerçəkdən son qoyulsun;

5. Vətəndaşların siyasi baxışlarına görə təzyiq və repressiyalardan əl çəksin, siyasi motivlərlə qaldırılmış bütün cinayət təqiblərini ləğv etsin, siyasi məhbusları azad etsin;

6. Vətəndaşların iş yerlərində təhlükəsizliyini təmin etsin, neft sənayesində çoxlu insan itkisi ilə müşayiət olunan qəzalarda məsul şəxslərin cinayət xarakterli səhlənkarlığına hüquqi qiymət versin;

7. Məhkəmə sistemində islahatlar aparsın, kiçik və orta biznesin hüquqlarını müdafiə edən sağlam rəqabətli bazar institutlarının formalaşmasına şərait yaratsın, sahibkarların fəaliyyətinə yersiz inzibati müdaxilənin qarşısını alsın, əsassız yoxlamalara və cərimələrə son qoysun;

8. Dövlət mülkiyyətində olan müəssisələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq artırılsın, onların dövlət zəmanəti ilə xarici borclara çıxış imkanları məhdudlaşdırılsın, dövlət təminatı ilə alınan icraçıya ötürülən borc vəsaitlərinin büdcə hesabına qaytarılması dayandırılsın;

9. İki rəqəmli inflyasiyanın yoxsullara mənfi təsirlərini neytrallaşdırmaq üçün minimuməmək haqqı, pensiyaların baza hissəsi, ehtiyac həddi və yaşayış minimumu real xərclərə və gerçək qiymətlərə uyğun olaraq yenidən hesablansın və hər rüb üçün təsdiq olunsun, 2017-ci il yanvarın 1-dən büdcədən maliyyələşən təşkilatlarda əmək haqları və pensiyalar gerçək inflyasiya səviyyəsinə müvafiq olaraq indeksləşdirilsin və artırılsın.




296 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər