13:17 / 21-06-2017
Azərbaycansayağı faşizm
Azərbaycan və erməni deputatlar arasında görüş planlaşdırılır - Andre Reyşar
Tarix: 13-03-2017 15:22 | Bölmə: Siyasət


Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlar arasında görüşün keçirilməsi planlaşdırılır.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu Bakıda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Milli Məclisdə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, məsələ ilə bağlı Senat sədri ilə görüş olub və ondan müsbət rəy alınıb: "Bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer vətarix barədə dəqiq məlumat vermək olar. Parlament üzvlərinin görüşməsi məsələsi Senatın əvvəlki sədrinin vaxtında gündəmə gətirilib, lakin görüş baş tutmayıb. Əsas gözləntimiz odur ki, dondurulmuş statusa malik münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə edilsin. Münaqişə sabitliyə çox mənfi təsir göstərir, regionda gərginliyin hökm sürməsinə səbəb olur. Gözləntimiz görüşdə sadalanan neqativlərin aradan qaldırılması istiqamətində müəyyən addımların atılması olacaq”.




196 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər