Gürcüstan prezidenti: "Azərbaycan-Gürcüstan-Türkiyə formatı çox effektivdir”
Tarix: 16-03-2017 12:15 | Bölmə: Siyasət

”Bizim forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir”.

Bunu V Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.

G.Marqvelaşvili forumun yüksək səviyyədə təşkili və ənənəvi keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür edib: "Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu”.

G.Marqvelaşvili qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətləri çox yüksək səviyyədədir: "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır. Bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri - Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar. Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub”.

 




171 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər