16 partiya maliyyə hesabatı verməyib - Siyahı
Tarix: 11-04-2017 11:56 | Bölmə: Siyasət


Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 39-u Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib.

Reyting.az Report-a istinadla xəbər verir ki, hesabat təqdim etməyən partiyaların sayı 16-dır.

Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Tərəqqi Partiyasıdır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Bu il aprelin 1-dək cəmi 28 partiya hesabat verib, 11 partiyanın hesabatı isə sonrakı müddətdə qeydə alınıb.

İllik maliyyə hesabatı təqdim edən partiyaların sırasında ƏIi Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) var.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}